“Qarabağ” itirə-itirə gedir
10.08.2011 - 15:30
“Qarabağ” daha bir itki ilə üzləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, milli komandaya yollananlar və zədə səbəbindən tam heyətlə çalışa bilməyən Ağdam təmsilçisi bu gün səhər məşqində əsas heyətin futbolçusu Maksim Medvedivi də itirib.
Belə ki, Vüqar Nadirov, Rəşad Sadiqovun ardından 22 yaşlı müdafiəçi də zədəlilər karvanına qoşulub. Onun sağ ayağında qismən əzələ dartılması və qan yığılması baş verib. Maksimin azı 10 gün meydanlardan kənar qalacağı gözlənilir. Belə olan halda isə Medvedevin avqustun 14-də “İnter”lə oyunu buraxacağı dəqiqləşib.
Qeyd edək ki, Premyer Liqada “bankirlər”lə ilk matçına çıxacaq “Qarabağ” Suraxanı qəsəbə stadionunda məşqlərini davam etdirir.

0
0