“Bəxtim gətirdi ki, Starkovun rəhbərliyi altına düşdüm”
10.08.2011 - 16:27
“Bəxtim gətirdi ki, Starkovun rəhbərliyi altına düşdüm”
Tanınmış latviyalı futbolçu Yuri Layzans “Bakı”nın baş məşqçisi Aleksandr Starkovu tərifləyib. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi uzun illər “Skonto”da və Latviya yığmasında rəhbərliyi altında oynayan təcrübəli mütəxəssisdən razılığını ifadə edib. Layzans ölkəmizdə işləmiş daha bir mütəxəssis, “Turan”ın sabiq çalışdırıcı Revaz Dzodzuaşvili haqda da xoş sözlər deyib. O, yığmada gürcü çalışdırıcının rəhbərliyi altında da oynayıb: “Əlbəttə, bəxtim gətirdi ki, Starkovun rəhbərliyi altına düşdüm. Həmin vaxt “Skonto”ya gələndə 18 yaşım vardı. Düzdür, klub əvvəl məni I liqaya icarəyə verdi. Qayıdandan sonra əsas heyətə düşdüm. Ardından Starkov və yığmamızın həmin vaxtkı baş məşqçisi Revaz Dzodzuaşvili məni milli komandaya cəlb etməyə başladılar. Onlara gənclərlə məşqlərdə çox işlədiklərinə və əlavə olaraq fiziki, texniki, psixoloji cəhətdən artırdıqlarına görə minnətdaram. Təkcə mən yox, çoxlu futbolçu üzdə idilər. Bu isə bizə etimad göstərən mütəxəssislərin xidmətidir”.

Yaxında yenidən karyerasını Rusiyada davam etdirən Layzans “Fakel”ə keçib. Starkovdan dəvət almayan 37 yaşlı futbolçu karyerasını I divizionda davam etdirir.

Qeyd edək ki, Yuri Starkovun rəhbərliyi altında millidə 2004-cü il Avropa çempionatının final mərhələsində iştirak edib. Bir neçə dəfə komandalarımıza qarşı oynayan Layzansın karyerasında ən böyük uğuru 2005-ci ildə Moskva MOİK-in heyətində UEFA kubokunu qazanmasıdır. Onun komandası həmin mövsüm avrokuboklarda çıxışına Çempionlar Liqasında “Neftçi”ni keçməklə başlayıb.