Türkiyə millisi Avro-2012-dən kənarlaşdırıla bilər!
10.08.2011 - 17:01
Türkiyə yığması Azərbaycan millisi ilə eyni qrupunda yer aldığı Avro-2012-dən kənarlaşdırıla bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Lüksemburqun RTL radiosu xəbər yayıb.
Onlar “Fənərbaxça”, “Qalatasaray”, “Bursaspor” və “Trabzonspor”un danışılmış oyunlarda günahlandırılması səbəbindən Türkiyə Superliqasının gecikməsini UEFA-nın sərt qərarı ilə nəticələnə biləcəyini qeyd ediblər.
RTL vurğulayıb ki, əgər Türkiyə Futbol Federasiyası əvvəlcədən razılaşdırılmış matçlardan xəbərdar olubsa və bununla bağlı heç bir tədbir görməyibsə, milli komandalarını Avro-2012-dən kənarlaşdırılmaq təhlükəsi gözləyir.
Belə bir hal isə təbii ki, Belçika yığmasının işinə yarayacaq. Çünki onlar özlərindən 1 xal geri qalan ən yaxın izləyicisi Türkiyənin büdrəməsini arzulayırlar. Bunun üçün də belçikalılar UEFA-dan xoş xəbər gözləyirlər.
Qeyd edək ki, Azərbaycan futbolçuları seçmə mərhələnin son görüşündə türklərin qonağı olacaqlar.

0
0