Berti Foqts: Təəssüf ki, ilk hissədəki oyunumuzu sonacan göstərə bilmədik
10.08.2011 - 21:06
Berti Foqts: Təəssüf ki, ilk hissədəki oyunumuzu sonacan göstərə bilmədik
“Təəssüf ki, ilk hissədəki oyunumuzu sonacan göstərə bilmədik”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Milli komandamız az öncə Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınadı. 0:1 hesabı ilə uduzduğumuz matçdan sonra təşkil olunan mətbuat konfransında almaniyalı çalışdırıcı bildirib ki, buraxdığımız 1 səhv məğlubiyyətimizə səbəb oldu: “Beynəlxalq oyunlarda belə səhvləri bağışlamırlar. Bilmirəm, nəticə oyuna görəmi oldu?”