“Lion” və “Viktoriya” daha şanslıdır - YENİLƏNİB
17.08.2011 - 00:36
“Lion” və “Viktoriya” daha şanslıdır - YENİLƏNİB
Az öncə başa çatan 5 oyunla Çempionlar Liqasının (ÇL) IV təsnifat mərhələsi start götürüb. Apasport.az saytının xəbərinə görə, keçirilən görüşlərin ikisində meydan sahibləri, birində qonaqlar qələbə qazanıbsa, digər iki görüşdə heç-heçə qeydə alınıb.

Gecənin mərkəzi qarşılaşması İngiltərədə oynanılıb ki, Londonda “Udineze” üzərində minimal hesablı qələbə qazanan “Arsenal” cavab görüşü öncəsi üstünlük əldə edib. Bu oyunla müqayisədə digərləri daha məhsuldar alınıb.

“Lion” öz meydanında “Rubin”i, “Viktoriya” səfərdə “Kopenhagen”i iki top fərqiylə məğlub edərək, qrup mərhələsinə bir qədər də yaxınlaşıblar. “Benfika”nı qəbul edən “Tvente” məğlubiyyətdən canını son dəqiqələrdə qurtarıb. “Şturm” isə erkən qol vurmasına baxmayaraq, qələbəni əldən verib.


16 avqust

“Arsenal” (İngiltərə) – “Udineze” (İtaliya) - 1:0
QOL: Uolkott, 4

“Tvente” (Hollandiya) – “Benfika” (Portuqaliya) - 2:2
QOLLAR: Luuk de Yong, 6; Ruis, 80 - Oskar Cardozo, 21; Nolito, 35

“Lion” (Fransa) – “Rubin” (Rusiya) - 3:1
QOLLAR: Gomis, 10; Kverkveliya, 40 (avtoqol); Cimmy Briand, 71- Vladimir Dyadyun, 3

BATE (Belarus) – “Şturm” (Avstriya) - 1:1
QOLLAR: Marko Simic, 59 - Manuel Veber, 12

“Kopenhagen” (Danimarka) – “Viktoriya” (Çexiya) - 1:3
QOLLAR: Sölvi Ottesen, 69 - Daniel Kolar, 52; Vaclav Pilar, 59; Martin Fillo, 79

Bu komandalar arasında cavab oyunları gələn həftə keçiriləcək. Bu gün isə sonuncu təsnifat mərhələsində daha 5 qarşılaşma baş tutacaq.

17 avqust

“Visla” (Polşa) – APOEL
“Dinamo” (Xorvatiya) – “Malmö” (İsveç)
“Odense” (Danimarka) – “Vilyarreal” (İspaniya)
“Bavariya” (Almaniya) – “Sürix” (İsveçrə)
“Makkabi” (İsrail) – “Genk” (Belçika)