Premyer Liqa tarixinin bombardirləri siyahısında dəyişiklik oldu
16.08.2011 - 10:39
Premyer Liqa tarixinin bombardirləri siyahısında dəyişiklik oldu
Azərbaycan milli çempionatları tarixində bombardirlər siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, 100 ən məhsuldar futbolçu sırasında yeganə dəyişiklik II turda fərqlənən Ceyhun Sultanovla bağlıdır. 27-ci qolunu vuran “Gəncə”nin 32 yaşlı yarımmüdafiəçisi 3 pillə irəliləyərək, 76-cı yerə yüksəlib.

Sultanov Premyer Liqada cari mövsümə məhsuldar başladı və hər 2 turda fərqləndi. O, “Rəvan”la ev oyununda etdiyi dublla komandasına (3:2) əzmkar qələbə qazandırdı. Ardından Ceyhun “Turan”la səfər görüşündə hesabı açsa da, sonda gəncəlilər ilk məğlubiyyəti aldı – 1:3.

Qeyd edək ki, bombardirlər siyahısına 183 qolla Nazim Əliyev başçılıq edir.

Rasim ƏLİYEV