Jaba seçim arasında: Hər şey 3-4 günə həllini tapacaq
16.08.2011 - 11:53
“Artıq Braziliyadan Azərbaycana qayıtmışam. İstirahətimi başa vurub, karyeram barədə düşünürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun transferə çıxardığı braziliyalı futbolçu Jaba deyib.
O bildirib ki, bir neçə dəvət alsa da, hələlik onları dəyərləndirə bilmir: “Mənə dəvətlər hər zaman var. İşlərimin yaxşı getdiyi zaman belə, yeni klublardan dəvət almışam. Amma həyatda problemlər də mövcuddur. Odur ki, konkret qərarlar qəbul edə bilmirəm”.
“Bakı”ya böyük səs-küylə transfer edilən cənubi amerikalı indi seçim arasında qalıb. “Zolaqlılar”ın baş məşqçisi Aleksandr Starkovun gəlişindən sonra xidmətinə ehtiyac duyulmayan "sambaçı"nın Türkiyəyə dönmək ehtimalı da var: “Hər şey bu həftə həllini tapmalıdır. 3-4 gündən sonra bütün məsələlər barəsində konkret danışa bilərəm. Karyeramı Azərbaycan və ya Türkiyədə davam etdirmək imkanım var”.
Qeyd edək ki, "Bakı" ilə 1 illik müqaviləsi qüvvədə olan Jabanı transfer etmək istəyən tərəf futbolçu ilə yanaşı, onun məxsus olduğu klubu da razı salmalıdır.

0
0