Quzanlıya qayıtmaq “Qarabağ” klubuna baha-başa gəldi
16.08.2011 - 12:07
Quzanlıya qayıtmaq “Qarabağ” klubuna baha-başa gəldi
Bu gün AFFA İntizam Komitəsinin keçirdiyi iclasda Premyer Liqanın II turundakı bəzi oyunlarda baş verən hadisələrlə əlaqədar qərarlar qəbul edilib. Apasport.az saytının xəbərinə görə “Neftçi” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Rəvan” min manat cərimələnib.

Qarşılaşmanın 90+2-ci dəqiqəsində Alessandro Viana Da Silva (Neftçi) etdiyi kobudluğa görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

“Qarabağ” da cəzasız qalmayıb. Buna Quzanlıda “İnter”ə qarşı keçirilmiş matçın 73-cü dəqiqəsində meydançaya ağdamlı azarkeşlər tərəfindən kənar əşyanın atılması səbəb olub. Klub 2 min manat cərimə olunub.