“Foqts məni növbəti rəsmi oyunlara çağıracağını dedi”
16.08.2011 - 12:22
“Futbolun sirlərini Ulmada öyrənməyə başlamışam. İndi bu şəhərin bir neçə yetirməsi Bundesliqada oynayır”. Apasport.az saytının məlumatına görə, bunu avqustun 10-da Makedoniya ilə yoldaşlıq oyununda Azərbaycan yığmasının heyətində debüt edən türk əsilli futbolçu Ufuk Budak deyib.
21 yaşlı yarımmüdafiəçi Almaniya mətbuatına verdiyi müsahibədə bildirib ki, millimizə dəvəti 2010-cu ilin iyulunda gənclərdən ibarət yığmamızın baş məşqçisi Bernard Lippertdən alıb: “Həmin vaxt almaniyalı mütəxəssis məni Moldovaya qarşı oyuna dəvət etdi. Bu qarşılaşmada 90 dəqiqə meydanda oldum”.
Budakın sözlərinə görə, yığmamızın baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında çıxış etməkdən məmnun qalıb: “Foqts dahi məşqçidir. Onunla təlim-məşq toplanışında işləməkdən və rəhbərliyi altında Makedoniya ilə görüşdə oynamaqdan böyük zövq aldım”.
“Frayburq”un II komandasının şərəfini qoruyan Ufuk bildirib ki, makedoniyalılarla oyunda Foqts ondan razı qaldığını deyib: “Qoran Pandev kimi futbolçuya qarşı oynamaq, sadəcə, sözlə ifadə olunmayan təəssüratlardır. Foqts məndən razı qaldı və 2 həftə sonra təlim-məşq toplanışına çağıracağını dedi. Mən azərbaycanlı azarkeşlərdən də yaxşı dəstək aldım”.
Budak Azərbaycanda dillə bağlı problem yaşamadığını da bildirib: “Yığmada mənim üçün tərcüməçiyə ehtiyac yoxdur. Türk və Azərbaycan dilləri demək olar ki, eynidir. Biz orada bir-birimizi çox rahat başa düşürük”.
Qeyd edək ki, millimizin 2 həftə sonra keçirəcəyi toplanış sentyabrın 2-də Belçika, 4 gün sonra Qazaxıstanla rəsmi oyunlara hazırlıq olacaq.

0
0