“Ağ-yaşıllar” Lənkəran seriyasında
16.08.2011 - 12:43
“Ağ-yaşıllar” Lənkəran seriyasında
“Xəzər Lənkəran” tarixində 42-ci böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, avrokuboklarda qələbə qazana bilməyən cənub təmsilçisi bütün böyük hesablı qalibiyyətlərini ölkə daxili yarışlarda - çempionatda və kubokda əldə edib.

“Ağ-yaşıllar” Premyer Liqada çıxış etdiyi 2004/05 mövsümündən bəri hər çempionatda böyük hesablı qələbə qazanıb.

Bunların sayı isə artıq 32-yə çatıb. Belə ki, “Xəzər Lənkəran” 2004/05 mövsümündə 8, 2005/06-da 1, 2006/07-da 6, 2007/08-da 5, 2008/09 –da 5, 2009/10-da 4, 2010/11-da 2, 2011/12-də 1 dəfə rəqibini böyük hesabla məğlub edib.

Lənkəranlılar ölkə kubokunda 10 dəfə rəqibinə böyük hesabla qalib gəlib. Bu, 2005/06-da 2, 2006/07-də 3, 2007/08-də 3, 2008/09-da 2 dəfə olub.

Qeyd edək ki, “Xəzər Lənkəran” ötən tur səfərdə AZAL-a 3:0 hesabı ilə qalib gəlib.