“Qarabağ”da zədəlilərin sayı artır
16.08.2011 - 13:23
“Qarabağ”da zədəlilərin sayı artır
“Qarabağ”da zədəli futbolçuların sayı artıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Vüqar Nadirov, Maksim Medvedev, Rəşad Sadiqov və Əfran İsmayılovun ardından daha bir itki ilə üzləşib.

Belə ki, Premyer Liqanın II turunda “İnter”lə baş tutan sonuncu oyunda Zaur Həşimov da zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olmuşdu. 30 yaşlı futbolçu tibbi müayinədən keçib və gözlənildiyi kimi, onun durumunun ciddi olduğu müəyyənləşib.

Müdafiəçinin 2 yerdən zədə aldığı aşkarlanıb. Əzələ yırtılmasıyla yanaşı, diz bağlarında da qopma müəyyənləşib. Həşimovun təxminən ay yarım meydanlardan kənar qalacağı ehtimal olunur.