UEFA rəsmisi: Azərbaycanın uğurlarını görmək çox xoşdur
16.08.2011 - 13:30
UEFA-nın rəsmi saytında Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının (U-17) İsveçrədə keçirdiyi 1 həftəlik təlim-məşq toplanışı barədə yazı yerləşdirilib. Apasport.az-ın məlumatına görə, yığmamız 1 həftəlik qəbul çərçivəsində İsveçrədə keçirdiyi səmərəli təlim-məşq toplanışı ilə əlaqədar UEFA-ya minnətdarlığını bildirib: “2012-ci il 22 sentyabr – 13 oktyabr aralığında 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatını qəbul edəcək komandamız UEFA-nın Nyondakı mənzil-qərargahı ilə üzbəüz yerləşən Futbol Ustalığının Artırılması Mərkəzində düşərgə qurmuşdu. Yığmamız məşq edib, UEFA-dan olan mütəxəssislərlə görüşüb və iki yoldaşlıq oyunu keçirib. Bunlar çərşənbə günü “Voud” komandası ilə (1:2), cümə günü isə İsveçrənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı (0:2) idi. Son bir neçə ay ərzində əzmlə hazırlıq keçən və Almaniyada təlim-məşq toplanışında olan, iyulda Gürcüstan yığmasına iki yoldaşlıq görüşündə qalib gələn, Moldova yığması ilə oyunlarda isə bir qələbəyə imza atıb, bir dəfə heç-heçə edən komanda üçün bu nəticələri layiqli saymaq olar”.
U-17-in baş məşqçisi futbolçu kimi 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionu olan, sonralar isə “Bavariya”nın qadın, “Exinqom”un isə kişilərdən ibarət komandasına rəhbərlik etmiş almaniyalı Sissi Raytdır. O, uefa.com-a müsahibəsində bunları deyib: “Bizim üçün burada peşəkar şəraitdə məşq etmək üçün əla imkan yaranıb. Rahat mehmanxanada qalırıq və UEFA-nın fəaliyyətini daxildən izləmək imkanımız var. Bunları görmək hər futbolçuya nəsib olmur. Bizi mehribancasına qarşıladılar. Bir neçə yoldaşlıq oyunu keçirdik”.
İsveçrə yığmasının baş məşqçisi Beatriçe fon Zibental fikirlərini belə bildirib: “Başqa vaxt çətin ki, qarşılaşacağımız bir rəqiblə oynamaq bizim üçün çox maraqlı idi. Yaxşı oyun alındı. Sona qədər bərabər mübarizə getdi”.
Bu oyunu UEFA-nın baş katibi Gianni İnfantino, AFFA-nın baş katibi Elxan Məmmədov, İsveçrə Futbol Assosiasiyasında eyni vəzifəni daşıyan Aleks Mişer və UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Qadın Futbolu Komitəsinin sədri Karen Espelund da izləyiblər. “Son bir neçə il ərzində xeyli inkişaf edərək, FİFA-dan 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının ev sahibliyi hüququnu almış Azərbaycanın uğurlarını görmək son dərəcə xoşdur” - deyə, Espelund bildirib. Onun sözlərinə görə, dünya çempionatını özünəməxsus platforma kimi istifadə edərək, “Kolovre”də olduğu müddətdə Azərbaycan yığmasının İsveçrə Futbol Assosiasiyası ilə daha fəal əməkdaşlıq etməsi, təcrübə mübadiləsi aparması və öyrənməsi üçün UEFA Azərbaycan tərəfi ilə daha sıx əməkdaşlıq edə bilər: “Bu zaman hamı müşahidə edəcək ki, o qədər də böyük olmayan ölkələr belə, qadınlar arasında irihəcmli turnirləri keçirilməyi və təcrübə toplamağı bacarır. Mən inanıram ki, bu, Azərbaycan futbolunun uzunmüddətli perspektivinə təsirini göstərəcək”.
Mənbə: affa.az

0
0