Yığmamızın futbolçusu Qazaxıstanı “silkələdi”
16.08.2011 - 14:59
Türkiyəli futbolçu Ufuk Budakın yığmamıza cəlb olunması Qazaxıstan mətbuatında müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Bakıda qəbul edəcəyimiz rəqib komandamızın güclənməsindən narahatdır.
Belə ki, Qazaxıstan mətbuatında yığmamızda milliləşdirilən legionerlərə toxunulub: “Avro-2012-də rəqibimiz olan Azərbaycan yığmasının məşqçilər korpusu heyəti gücləndirmək məqsədilə futbolçuların milliləşdirilməsinin əleyhinə deyil. Azərbaycan yığmasında ruslar, ukraynalılar, braziliyalılar və s. oynayıblar. Rəqibimiz yığmanı gücləndirə bilən, digər ölkələrdə oynayan, əslən Azərbaycandan olan, yaxud orada anadan başqa millətləri axtarmaq praktikasına malikdir. Belə danışıqlar bir neçə il əvvəl bizim Qeysər Ələkbərzadə ilə aparıldı. Artıq İsveç yığmasında oynayan Jiloan Hamadı öz komandalarına cəlb etməyə çalışdılar. Azərbaycan yığmasında Mahaçqalada anadan olan Murad Hüseynov oynayır. Ola bilər ki, Qazaxıstanla oyunda rəqibimizin heyətində Almaniyadan olan Ufuk Budak meydana çıxsın. “Frayburq”un 2-ci komandasının yarımmüdafiəçisi artıq Makedoniya ilə yoldaşlıq görüşündə meydana çıxıb və Avro-2012-in seçmə mərhələsində sentyabrın 2-də Belçika, 6-da Qazaxıstanla oyunlarda yenidən Azərbaycan millisinə çağırılacaq”.
Qeyd edək ki, millimizin debütantı olan 21 yaşlı Ufuk milliyətcə türk olsa da, vətəndaşlığını daşıdığı Almaniyanın pasportuna malikdir.

0
0