“Neftçi” klubu AZAL-la görüşün təxirə salınmasına çalışır
16.08.2011 - 23:01
“Neftçi” klubu AZAL-la görüşün təxirə salınmasına çalışır
Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək AZAL - "Neftçi" matçı təxirə salına bilər. Apasport.az saytının xəbərinə görə, səbəb kimi "ağ-qaralar"ın heyətində çıxış edən futbolçuların həmin ərəfədə 21 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsindəki oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışında olmaları göstərilir.

Bu barədə "Neftçi"nin Peşəkar Futbol Liqasına (PFL) müraciəti müsbət nəticələnib. "Təyyarəçilər" isə öz mövqeyini açıqlamağa tələsmir. AZAL-ın buna etiraz etməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, srağagün IV turun "Sumqayıt Şəhər" - "İnter" qarşılaşması təxirə salınıb.