“Bakı” öz oyununu tapmasa və ya Qasımovun “günah keçisi”
16.08.2011 - 23:02
Sonuncu mövsümün gedişində bir neçə elita təmsilçisi baş məşqçisini dəyişmək məcburiyyətində qaldı. Məsələn, "Turan", "Bakı", "Kəpəz" və "Simurq" mövsümü başladıqları mütəxəssislə bitirmədilər. Kimisi öz istəyi ilə getdi, kimisi də qovuldu.
Baş məşqçilərin komandanı yarıyolda qoymasında qeyri-adi heç nə yoxdu. Bu cür hallara dünyanın hər yerində rast gəlirik və yəqin ki, mövsümün gedişində Premyer Liqada da postunu tərk edənlər olacaq. Özü də artıq ilk siqnal gəlib. "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov həftəsonu istefa vermək ehtimalının olduğunu dilə gətirib. Amma böyük ehtimalla, o, tutduğu postdan getmək istəyən və ya gedən sonuncu baş məşqçi olmayacaq.
Mövcud şərtləri göz önünə alaraq, "Bakı", "İnter", AZAL və "Neftçi"nin də analoji durumla üzləşmə təhlükəsinin real olduğunu düşünürük. Düzdü, mövsümün gedişində başqa klublarda da baş məşqçi dəyişikliyi yaşana bilər. Amma sözügedən kollektivlərin yolun yarısında özlərinə yeni çalışdırıcı tapmaq məcburiyyətində qalmaq ehtimalı daha böyükdü.
Getməyə tələsmə, Bəhmən bəy!
İlk "altılığ"a düşməyi hədəfləyən "Rəvan" yeni mövsümün ilk 2 turunda məğlubiyyətlə üzləşdi. Lakin bu yenilgiləri faciə kimi qələmə vermək düzgün deyil. Axı, paytaxt klubu Gəncədə inamlı oynayan "Kəpəz"ə qapıçının səhvləri üzündən və evdə çempion "Neftçi"yə uduzub. Amma görünür, "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov bizimlə həmfikir deyil. Paytaxt təmsilçisinin çalışdırıcısı növbəti turda "Simurq"a uduzacaqları halda istefa verəcəyini açıqlayıb.
Həsənovun uğur qazanmaq və komandanın mənafeyini əsas tutmaq istəyini başa düşürük. Amma ilk 3 turda məğlubiyyətə görə istefa verməyi tələsik addım kimi qiymətləndiririk. Çempionat yenicə başlayıb və Həsənovun hələ vəziyyəti dəyişmək üçün xeyli zamanı var. O, ən azı X turadək "Rəvan"ın "sükanı arxasında" qalmalıdı. Həmin vaxta kimi komanda nəticə göstərməsə, ondan sonra istefa vermək olar.
"Bakı" öz oyununu tapmasa...
"Bakı" rəhbərliyi Aleksandr Starkovdan çox şey gözləyir. Daha doğrusu, tələb edir. Paytaxt təmsilçisinin bossları latviyalı mütəxəssisə komanda formalaşdırmaq üçün hər cür şərait yaradıb, xeyli zaman verdilər. İndi növbə Starkovundu. O, rəhbərliyin etimadını doğrultmalıdı.
Di gəl ki, "Bakı" ilə bərabər Latviya millisinə də rəhbərlik edən təcrübəli mütəxəssis hələ ki, paytaxt klubunun rəhbərliyinin üzünü güldürmür, üzüntü yaşadır.
Çempionluğu hədəfləyən "Bakı"nın açılış turunda səfərdə "Qəbələ"ə ilə heç-heçə etməsini başa düşmək olar. Hər nə də olsa, əyalət klubu da medallara iddialıdı. Amma "zolaqlılar"ın heyət baxımından özündən qat-qat zəif "Simurq"u evdə uda bilməməsi biabırçılıqdı. Qızıl medal arzulayan kollektiv bu cür rəqibləri asanlıqla tərksilah etməyi bacarmalıdı. Əks halda, nə Starkovun sonu yaxşı olar, nə də "Bakı"nın. "Zolaqlılar" yollarına bu cür axsaq addımlarla davam etsələr, baş məşqçi postunda dəyişiklik qaçılmaz olacaq.
Açığı, mövsümün gedişində Starkovun "Bakı"dan getmə ehtimalının böyük olduğunu düşünürük. Özü də problem onun komandasının "Simurq"u məğlub edə bilməməsində deyil. Futbolda zəifin güclüdən xal qoparmasına tez-tez şahidlik edirik. Əsas məsələ "Bakı"nın sərgilədiyi, daha doğrusu, sərgiləyə bilmədiyi oyundu. Starkovun komandası olduqca məzmunsuz futbol oynayır. Latviyalının yetirmələrindən nə istədiyini anlamaq çətindi. Bəlkə də zaman keçdikcə "Bakı" öz oyununu tapacaq. Amma bu cür davam edərsə, Hafiz Məmmədov Starkova da "yaxşı yol" demək məcburiyyətində qalacaq.
"Zəif" "Neftçi"də duruş gətirə biləcəkmi?
Çempionlar Liqasındakı uğursuzluqdan sonra "Neftçi" rəhbərliyinin Arif Əsədovu Böyükağa Hacıyevlə əvəzləməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Əksər insanların fikrincə, Hacıyev "ağ-qaralar"a rəhbərlik edəcək çapda deyil. Amma artıq olan olub. Titulunu qorumaq istəyən "Neftçi" Böyükağa bəylə yola çıxmağı məqsədəuyğun saydı. Lakin bu, sevdanın uzun sürəcəyi bir o qədər də inandırıcı görünmür.
Sonuncu dəfə çalışdırdığı komandanı elitada saxlaya bilməyən Hacıyevin "Neftçi"nin zirvədə saxlaması müşkül məsələdi. Düzdü, paytaxt klubu onun rəhbərliyi altında mövsümə 3 xalla başladı. Lakin qələbələrin davamlı olacağına çox az adam inanır. İctimaiyyətdə belə bir fikir formalaşıb ki, "Neftçi" rəhbərliyi uzağı qış fasiləsinədək Böyükağa bəyə qapını göstərəcək. Amma həyatda hər şey olur. Kim bilir, bəlkə "Zəif" ləqəbli çalışdırıcı öz işi ilə onu bəyənməyənlərə gözdağı verə bildi.
Qasımovun "günah keçisi"
Yay fasiləsində baş məşqçisini dəyişən digər komandamız AZAL oldu. Avroliqada "Minsk" məğlubiyyətindən sonra Nazim Süleymanov Elxan Abdullayevlə əvəzləndi. Halbuki, o, "təyyarəçilər"i avrokuboka çıxartmaqla böyük iş görmüşdü. Lakin az pulla çox şey əldə etməyə öyrəşən AZAL rəhbərliyi naşükürlük edib, Süleymanovu yola saldılar.
Xoşbəxtlikdən "təyyarəçilər" yeni mövsümə pis başlamadı. Abdullayev debüt oyununda səfərdə "Simurq" üzərində qazanılan qələbə ilə rəhbərliyə onu komandaya gətirməklə yanlış seçim etmədikləri mesajını verdi. Di gəl ki, Zaqatalada rəqib qapısından 3 cavabsız top keçirən AZAL bir həftə sonra öz qapısında 3 qol gördü. "Xəzər-Lənkəran" səfərdə "təyyarəçilər"i darmadağın etməklə paytaxt klubunun əsl səviyyəsini göstərmiş oldu.
AZAL-ın prezidenti Vaqif Qasımovun əlinin altında hər adam işləyə bilməz. Bunun üçün sözəbaxan birisi olmalısan. Abdullayevin bu baxımdan problemi yoxdu. Amma iş ondadı ki, nəticə olmayınca Qasımov sponsorların yanında özünə bəraət qazanmaq üçün hökmən "günah keçisi" tapacaq və həmin adam Elxan bəy olacaq.
Sxadadzeni ağır günlər gözləyir
"İnter" əvvəlki "İnter" deyil. Bunu "bankirlər"in yay fasiləsində transfer etdiyi futbolçuların kimliyinə nəzər salmaqla əminliklə demək olar. Samir Zərgərov, Xəyal Mustafayev, Ruslan Poladov kimi futbolçular bir neçə il öncə ən yaxşı halda "İnter"in ehtiyat oyunçular skamyasında otura bilərdilər. Lakin paytaxt klubu indi sözügedən futbolçulara güclənmə yönündə edilən transferlər gözü ilə baxır.
"İnter"in heyəti zəifləsə də, rəhbərliyin qarşıya qoyduğu tapşırığın mahiyyəti dəyişməyib. Bu isə o deməkdi ki, Kaxaber Sxadadze üçün olduqca çətin olacaq. Hər halda, hər zaman iddialı olan "bankirlər"in sıradan bir komandaya çevrilməsi klubun sponsorlarını qane etməyəcək. Belə olan təqdirdə isə hər şey Sxadadzenin başında çatlayacaq.
"İnter"in mövcud heyətlə əvvəlki kimi inamlı çıxış edə bilməyəcəyi qaçılmazdı. Mövcud durum belə söyləməyə əsas verir ki, Sxadadze irəlidə təzyiqlə üzləşəcək və onun baş məşqçi postunda duruş gətirməsi sual altına düşəcək.
ŞAMO, “Ekspressfutbol” qəzeti

0
0