80 yaşlı dünya çempionunu qarət etdilər
17.08.2011 - 08:35
Braziliya yığmasının sabiq baş məşqçisi Mario Zaqallonu soyublar. Apasport.az saytının məlumatına görə, silahlı quldurlar 80 yaşlı tanınmış məşqçini gecə Rio-de-Janeyronun cənub dairəsində, Botafoqo rayonunda qarət ediblər. İnsident Zaqallo həyat yoldaşı və oğlu ilə birgə avtomobildə gedərkən baş verib. Onları 4 nəfər əli silahlı şəxs saxlayıb. Məşqçi polisə bildirib ki, oğrular əvvəlcə avtomobili onun əlindən almaq istəyirlər. Ancaq sükanın arxasında məşhur Zaqalllonun olduğunu görəndə, yalnız pul qabını, qızıl boyunbağı və oğlunun bəzi əşyalarını götürüblər.
Qeyd edək ki, avqustun 9-da 80 illik yubileyini qeyd edən Zaqallo futbolda 4 dəfə dünya çempionu olan yeganə şəxsdir. O, buna 2 dəfə futbolçu kimi (1958 və 62-ci illərdə), 2 dəfə isə məşqçi kimi nail olub. Fərq ondadır ki, Zaqallo 1970-ci ildə dünya çempionu olan Braziliya yığmasının baş, bundan 24 il sonra eyni uğuru təkrarlayan komandanın məşqçisi olub.

0
0