Milli komandamızın görüşü rusiyalı hakimə etibar edildi
17.08.2011 - 09:08
Milli komandamızın görüşü rusiyalı hakimə etibar edildi
Sabah kişi basketbolçular arasında keçiriləcək Belarus – Azərbaycan matçını idarə edəcək ədalət təmsilçilərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Minskdə baş tutacaq Avropa çempionatının B divizionunun 6 turunun görüşündə baş hakim Anton Maxlin (Rusiya) olacaq.

Köməkçi referi funksiyasını finlandiyalı Yohannes Sarekoski və polşalı Marçin Kovalski yerinə yetirəcəklər. Qarşılaşmanın komissarı Serqey Fomindir (Rusiya).

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.