Yığmamız yoxlama oyununu qələbə ilə başa vurdu
17.08.2011 - 09:25
Yığmamız yoxlama oyununu qələbə ilə başa vurdu
Bakıda təlim-məşq toplanışı keçən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində “Sumqayıt Şəhər” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb.

U-17-nin heyətində Adil Nağıyev dubl edib. Hərəyə bir dəfə isə Namiq Ələsgərov və Kamran Abdullazadə fərqləniblər.