“Bakı” Juninyonun transfer vərəqəsini gözləyir
17.08.2011 - 09:34
Premyer Liqanın cari mövsümündə çempionluq uğrunda mübarizə aparan “Bakı” daha bir legionerin keçidini həll edib. Bu haqda apasport.az saytına məlumat verən klubun vitse-prezidenti Zeynal Məmmədov braziliyalı yarımmüdafiəçi Juninyonu transfer etdiklərini bildirib.
Son vaxtlar Sloveniyanın ən tanınmış klublarından olan “Domjale”dən gələn 27 yaşlı legioner “zolaqlılar”ın orta sahəsini gücləndirməlidir: “Bizə xüsusilə orta sahəyə yeni futbolçu lazımdır. Juninyo Sloveniyada təlim-məşq toplanışında hazırlığımıza qatıldı. Baş məşqçimiz Aleksandr Starkov onu yoxlama oyununda sınadı və razı qaldı. Bundan sonra onun transferinin reallaşmağı ilə məşğul olduq. Juninyonun transfer vərəqəsini gözləyirik. Növbəti tura kimi gəlib çıxsa, onu sifariş edəcəyik ”.
Azərbaycanda “transfer pəncərəsi” Avropada olduğu kimi, avqustun 31-də bağlanacaq. “Bakı” növbəti turda avqustun 20-də “İnter”in qonağı olacaq.
Qeyd edək ki, 1,80 metr boya malik Juninyonun karyerasının böyük hissəsi “Domjale” ilə bağlıdır. O, bu komandanın heyətində keçirdiyi 5 ildə 142 oyunda 14 qol vurub. Braziliyalı “Domjale” ilə 2007-ci ildə “qızıl dubl” edib, 1 il sonra yenidən ölkə çempionu olub. “Bakı”da ötən mövsüm Juninyo adlı braziliyalı yarımmüdafiəçi oynasa da, “Xəzər Lənkəran”da da çıxış etmiş Osvaldo soyadlı həmin legioner çempionat bitəndən sonra getdi.

0
0