Cəza Arsen Vengeri ağıllandırmadı
17.08.2011 - 09:58
Cəza Arsen Vengeri ağıllandırmadı
London “Arsenal”ının baş məşqçisi Arsen Vengeri UEFA-nın növbəti cəzası gözləyir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının IV təsnifat mərhələsində İtaliyanın “Udineze” klubuna 1:0 hesabı ilə qalib gəldikləri ev oyununda texniki zonadan kənarda qalan fransalı mütəxəssis yenidən həmin aqibətlə üzləşə bilər.

Venger hələ ötən mövsüm bu turnirdə “Barselona” ilə oyunun italiyalı baş hakimi Massimo Buzakkanı kəskin tənqid etdiyinə görə UEFA-nın cəzasına məruz qalmışdı. Bu üzdən “Udineze” ilə görüşü tribunalardan izləməli olan çalışdırıcı orada sakit durmayaraq, köməkçisi Pet Raysa tapşırıqlarını çatdırıb. O, bunu digər məşqçi Bora Primrats vasitəsilə edib. UEFA nümayəndəsi Vengerin hərəkətinin qaydalara zidd olmağı ilə hətta onu fasilədə xəbərdar edib.