Rəqib AFFA-ya güzəştə getdi
17.08.2011 - 10:28
Rəqib AFFA-ya güzəştə getdi
Qazaxıstan Futbol Federasiyası ölkəmizdən məktub alıb. Apasport.az saytının məlumatına görə, AFFA UEFA-ya da etdiyi rəsmi müraciətində milli komandamızın Qazaxıstanla Avro-2012-in seçmə mərhələsində sentyabrın 6-da oyununun Lənkəranda keçirə bilməməyinin konkret səbəbini göstərib.

Bildirilib ki, havanın temperaturunun kəskin qalxması ilə əlaqədar həmin şəhərdəki mərkəzi stadionundakı qazon yararsız vəziyyətə düşüb. Bu üzdən arena Qazaxıstanla rəsmi görüşə kimi hazır olmayacaq və AFFA oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyi ilə bağlı xahiş edib.

Bu məsələdə qarşı tərəfin də mövqeyi əsasdır. Qazax həmkarlarımız onların federasiyasının AFFA-ya güzəştə gedərək, görüşün Bakıda keçirilməyinə razılıq verdiyini yazıblar.

Qeyd edək ki, millimiz Qazaxıstanla oyundan 4 gün əvvəl Belçika yığması ilə də Respublika stadionunda görüşəcək.