Messi “Real”a yenə qol vursa....
17.08.2011 - 10:39
Messi “Real”a yenə qol vursa....
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi bu gün Madrid “Real”ı ilə İspaniya Superkubokunun cavab oyununda qol vuracağı halda tarixə düşəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu “Real”ın əfsanəvi hücumçusu, kapitanı Raul Qonsalesin rekordunu təkrarlayacaq.

Uzun illər şərəfini qoruduğu komandadan ötən yay gedən 34 yaşlı Raul İspaniya Superkubokunda 7 qol vurub. Ondan 1 qol az vuran Messi bu gecə Bakı vaxtilə 02:00-da “Nou Kamp”da başlayacaq cavab oyununda 2 dəfə fərqlənərsə, məşhur həmkarını keçərək, yeni rekordçu olacaq.

Qeyd edək ki, Lionel “Real”la 2:2 hesabı ilə nəticələnən səfər oyununda 1 qol vurub.