Baytar “Qalatasaray”ın dərdinə əlac edəcək
17.08.2011 - 10:45
Baytar “Qalatasaray”ın dərdinə əlac edəcək
“Qalatasaray” Arda Turanın gedişindən sonra 3-cü transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Emmanuel Ebue və Abdul Kader Keytanın ardında Ergin Baytarı da rənglərinə bağlayıb.
“Trabzonspor”dan transfer olunan 28 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Onun “Qalatasaray”a keçidi üçün isə klub rəhbərliyi 1 milyon avro ödəməklə yanaşı, Mustafa Sarpı da “bordo-mavilər”ə “hədiyyə” edib.
Qeyd edək ki, karyerasına Almaniyada başlayan Baytar Türkiyə milli komandasının heyətində də 2 matçda forma geyinib.