Milli komandalarımız Avstriyaya yollanır
17.08.2011 - 11:15
Milli komandalarımız Avstriyaya yollanır
Azərbaycan yığmaları Avstriyaya yollanırlar. Apasport.az saytının məlumatına görə, 15 və 16 yaşlılardan ibarət komandamız avqustun 21-dən sentyabrın 4-dək Zalsburq şəhərində təlim-məşq toplanışa keçəcək.

U-15-in hazırlığına 22 futbolçu çağırılıb. Dəvət alanlar Elnur Cəfərov, Peyman Məmmədzadə, Əli Əliyev (hamısı “Xəzər Lənkəran”), Natiq Peyman, Ümid Ümidov, Ruzigar İbrahimzadə, Ağaseyid Qasımov (hamısı “İnter”), Kamran Nəcəfzadə, Elməddin Məmmədov, Zeynal Zeynalov, Ceyhun Cəfərov (hamısı “Neftçi”), Nicat Şükürlü, Fərid Əskərli (hər ikisi AZAL), Əlibəy Məmmədli, Anar Həsənov (hər ikisi “Muğan”), Bəhlul Mustafazadə (“Qəbələ”), Orxan Həsənov (“Turan”), Ruslan Hacıyev (“Qarabağ”), Fərid Kərimzadə (“Sumqayıt Şəhər”), Şaxban Cəbrayılov, Məhəmməd Hüseynov (hər ikisi “Anji”, Rusiya), Renat Ağaverdiyev (“Spartak”, Nalçik, Rusiya), Azər Zeynalzadə və Habil Məmmədlidir (hər ikisi klubsuz).

U-16-ın toplanışına isə 20 futbolçu aparılacaq. Bunlar Vəzir Musayev, Tərlan Əhmədov, Əli Həsənli (hamısı “Qəbələ”), Mansur Nəhavəndi, Ülvi İbazadə (hər ikisi “İnter”), İlyas Səfərzadə, Anar Babazadə (hər ikisi “Xəzər Lənkəran”), Budaq Nəsirov (“Turan”), Ülvi Süleymanov, Yusup Xakimov (“Bakı”), Fəhmin Muradbəyli, Pərviz Qaraxanov (hər ikisi “Neftçi”), Əzəmət Qazayev (“Spartak”, Nalçik, Rusiya), Novruz Qəhrəmanov, Nicat Fərəcli (hər ikisi “MKT Araz”) Anar Hüseynov (“Quba OK”), Xaqan Məmmədli (“Sumqayıt Şəhər”), Həsən Hüseynov (“Bərdə”) Qazıməhəmməd Qurbanov (“Anji”, Rusiya), Ümid Səmədzadədir (klubsuz).

Xatırladaq ki, komandalarımıza almaniyalı baş məşqçi Nikolay Adam rəhbərlik edir.

Mənbə: affa.az