“Neftçi”nin qənimi qrup mərhələsində
18.08.2011 - 00:36
“Neftçi”nin qənimi qrup mərhələsində
UEFA Çempionlar Liqasında son təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, az öncə başa çatan beş qarşılaşmanın hamısı meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

Gecənin gözlənilməz hesabı Danimarkada qeydə alınıb. Belə ki, yerli “Odense” İspaniya təmsilçisi “Vilyarreal” üzərində minimal hesabla məğlub edib.

“Neftçi”ni Çempionlar Liqasından uzaqlaşdıran Zaqreb “Dinamo”su isə artıq qrup mərhələsi haqda düşünə bilər. Hər halda, öz meydanında “Malmö”nü (İsveç) darmadağın edən xorvatiyalıların cavab matçında böyük hesabla uduzacağı inandırıcı deyil.

Digər görüşlərə gəlincə, “Bavariya” “Sürix”dən üstün olub – 2:0. İsraildə “Makkabi” ilə görüşdə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, səfərdə vurduğu qol “Genk”in mərhələ keçməsinə kömək edə bilər.

17 avqust

“Visla” (Polşa) – APOEL (Kipr) - 1:0
QOL: Patryk Malecki, 71

“Dinamo” (Xorvatiya) – “Malmö” (İsveç) - 4:1
QOLLAR: Sammir, 4; 61 (p); Ante Rukavina, 56; Fatoş Beçiray, 84 - Agon Mehmeti, 17

“Odense” (Danimarka) – “Vilyarreal” (İspaniya) - 1:0
QOL: Hans Henrik Andreasen, 84

“Bavariya” (Almaniya) – “Sürix” (İsveçrə) - 2:0
QOLLAR: Şvaynştayger, 8; Aryen Robben, 72

“Makkabi” (İsrail) – “Genk” (Belçika) - 2:1
QOLLAR: Viyam Amase, 8; Vladimir Dvalişvili, 28 - Elianiv Barda, 61

16 avqust

“Arsenal” (İngiltərə) – “Udineze” (İtaliya) - 1:0
QOL: Uolkott, 4

“Tvente” (Hollandiya) – “Benfika” (Portuqaliya) - 2:2
QOLLAR: Luuk de Yong, 6; Ruis, 80 - Oskar Cardozo, 21; Nolito, 35

“Lion” (Fransa) – “Rubin” (Rusiya) - 3:1
QOLLAR: Gomis, 10; Kverkveliya, 40 (avtoqol); Cimmy Briand, 71- Vladimir Dyadyun, 3

BATE (Belarus) – “Şturm” (Avstriya) - 1:1
QOLLAR: Marko Simic, 59 - Manuel Veber, 12

“Kopenhagen” (Danimarka) – “Viktoriya” (Çexiya) - 1:3
QOLLAR: Sölvi Ottesen, 69 - Daniel Kolar, 52; Vaclav Pilar, 59; Martin Fillo, 79

Qeyd edək ki, cavab oyunları gələn həftə keçiriləcək.