Türklər millimizin futbolçusunu qiymətləndirdi
17.08.2011 - 12:28
Türklər millimizin futbolçusunu qiymətləndirdi
Türkiyə mediası Azərbaycan yığmasının futbolçusu Cihan Özkaranın çıxışına qiymət verib. Apasport.az saytının məlumatına görə, Superliqada mübarizə aparan “Sivasspor”un kapitanı Mehmet Yıldızın gedişindən sonra komandanın hücum xəttində yer alan futbolçular dəyərləndirilib.

Bunlardan biri cari ildən 21 yaşlılardan ibarət yığmamıza (U-21) cəlb olunan Cihandır. Türklər öz həmyerlilərinin millimizdə oynamağını maraqlı hal sayır: “20 yaşındakı Cihan onu izləyənlər tərəfindən texnikalı və qol vurmaqda təsirli futbolçu sayılır. Ancaq Özkara ayrıca olaraq gücünü çölə atmamalıdır. Çünki 1,89 boya malikdir. Cinahla əlaqədar maraqlı bir vəziyyət var. O, eyni zamanda Azərbaycan vətəndaşıdır və U-21 səviyyəsində milli formanı geyinib”.

Qeyd edək ki, U-21-miz son oyununda avqustun 9-da estoniyalı həmyaşıdlarını səfərdə məhz Özkaranın dublu ilə (3:1) yenib.