“Torpedo”nun futbolçuları milli komandamızda
17.08.2011 - 14:03
 “Torpedo”nun futbolçuları milli komandamızda
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız avqustun 22-28-də Litvanın Palanqa şəhərində təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.

Millimizin baş məşqçisi Təbriz Həsənov sayca 18-ci dəfə keçiriləcək turnirə yollanacaq heyəti də artıq açıqlayıb. O, Palanqaya gedəcək heyətə 20 futbolçu dəvət edib.

Bunlar Qurbanəli Əliyev, Coşqun Diniyev, Adil Nağıyev (hər üçü “İnter”), Nurlan Əhmədov, Ramin Şirinov (hər ikisi “Qarabağ”), Kənan Manafov, Əyyub Əliyev (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hər üçü “Qəbələ”), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), David Qarayev, Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Camaləddinov (hamısı “Sumqayıt Şəhər”), Polad Mirzəzadə, Yusif Bağırov, Namiq Ələsgərov (hər üçü “Bakı”), Ruslan Abdullayev, Seyran Məmmədovdur (hər ikisi “Torpedo” Moskva, Rusiya).