Lənkərandan qaçan tarixi an
17.08.2011 - 14:41
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Qazaxıstan matçının Lənkəranda baş tutmaması ilə tarixi anı qaçırdıq. Apasport.az saytının məlumatına görə, millimizin orta asiyalılarla sentyabrın 6-dakı görüşü cənub şəhərində baş tutardısa, bir seçmə mərhələdə 3 müxtəlif stadionda ev oyununu keçirəcəkdik.
Gələn ilin sentyabrın 17-də 20 illik yubileyini qeyd edəcək yığmamızın tarixində hələ belə bir şey olmamışdı və bir seçmə mərhələdə ən çox 2 stadionda rəqiblərimizi qəbul etmişdik.
Məlum olduğu kimi, milli komandamız cari seçmə mərhələdə son 4 oyundan üçünü doğma divarlar arasında keçirəcək. Həmin 3 görüşdən Belçikanı sentyabrın 2-də “Tofiq Bəhramov”da, 4 gün sonra Qazaxıstanı “Fırtınalar meydanı”nda, oktyabrın 7-də isə Avstriyanı Mərdəkandakı “Dalğa Arena”da qəbul etmək nəzərdə tutulmuşdu.
Adətən Avropanın güclü ölkələrinin yığmaları seçmə mərhələdə rəqiblərini bir yox, bir neçə stadionda qəbul edirlər. Ancaq bizdə beynəlxalq tələblərə cavab verən arena az olduğundan, ev oyunlarımızı Respublika stadionunda keçirməyə artıq adət etmişik.
Millimizin seçmə mərhələdə debütü zamanı FİFA və UEFA Azərbaycanda siyasi vəziyyətin qeyri-sabit olmağını əsas gətirərək, rəqibləri ölkəmizdə qəbul etməyə icazə vermədi. Nəticədə qardaş Türkiyəyə üz tutaraq, ev oyunlarımızı Trabzonda keçirdik.
1996-cı ildən başlayaraq əsas yığmamız beynəlxalq oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir. 2001-ci ildə “Şəfa” stadionunun istifadəyə verildikdən sonra ara-sıra orada da oynamışıq. Burada cəmi 3 rəsmi oyunumuz olub ki, bunlarda qələbə, heç-heçə və məğlubiyyət olub. “Şəfa”dakı nəticələrdən Serbiya və Çernoqoriya üzərində əzmkar qələbəmiz futbol tariximizə qızıl hərflərlə düşüb. Respublika stadionundan kənarda daha bir oyunumuz məhz Lənkəranda olub ki, onda da finlərlə görüşdə hesabda 1:0 irəlidə olduğumuz halda, sonda 2 qol buraxaraq məğlubiyyətlə barışmışıq.
Millimiz bundan 2 il sonra yenidən sentyabrda Lənkəranda ev oyunu keçirmək fikrində olsa da, qazon yararsız vəziyyətə düşdüyündən AFFA UEFA-ya və Qazaxıstan Futbol Federasiyasına rəsmi məktubla müraciət etdi. Son vəziyyəti başa salan federasiyamız görüşün Respublika stadionuna salınmağı haqda müraciətinə müsbət cavab aldı. Sentyabrdakı bu oyunlardan sonra isə mərkəzi arenamız yenidən qurma işləri ilə əlaqədar təmirə bağlanacaq və buna görə də AFFA Avstriya ilə görüşü özünün balansında olan “Dalğa Arena”ya saldı.
Avro-1996-nın seçmə mərhələsi
Bütün ev oyunlarımızı Türkiyənin Trabzon şəhərində keçirmişik.
DÇ-1998-nin seçmə mərhələsi
Bütün ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirmişik
Avro-2000-nin seçmə mərhələsi

DÇ-2002-in seçmə mərhələsi
Makedoniya ilə “Şəfa” stadionundakı (1:1) oyun istisna olmaqla, qalan ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirmişik
Avro-2004-ün seçmə mərhələsi
“Şəfa” stadionundakı Serbiya və Çernoqoriya (2:1) və Finlandiya (1:2) ilə görüşlər istisna olmaqla, qalan ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirmişik
DÇ-2006-nın seçmə mərhələsi

Avro-2008-nin seçmə mərhələsi

DÇ-2010-un seçmə mərhələsi
Finlandiya ilə Lənkəran şəhər mərkəzi stadionundakı (1:2) görüş istisna olmaqla, qalan ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirmişik
Avro-2012-in seçmə mərhələsi
Bütün ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda, Avstriya ilə görüşü Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirəcəyik
Mehman SÜLEYMANOV

0
0