“Qarabağ”ın zədəliləri qayıdır
17.08.2011 - 15:09
“Qarabağ”ın zədəliləri qayıdır
“Qarabağ”ın zədəli futbolçuları bu gündən məşqləri bərpa edəcəklər. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Rəşad Sadiqov, Maksim Medvedev və Əfran İsmayılov hazırlığa başlayacaq. Bu futbolçuların növbəti turda “Kəpəz”lə oyunda meydana qayıdıb-qayıtmamağına məşqlərdə aydınlıq gələcək.

“Qarabağ” gəncəlilərlə oyunun hazırlıqlarına isə 1 gün öncə start verib. Premyer Liqanın 2-ci turunda ilk matçına çıxan komanda bazar ertəsi bədən rahatlaşdırıcı terapiya ilə kifayətlənibsə, dünən “İnter”lə qarşılaşmada meydanda az olanlar 90 dəqiqə məşq edib.

Bu gündən etibarən isə bütün futbolçuların iştirakı ilə hazırlıq başlayıb. Türkiyədə müalicəsi davam edən Vüqar Nadirovla yanaşı, “İnter”lə oyunda sıradan çıxan Zaur Həşimovun “Kəpəz”lə oyunu buraxacağı dəqiqdir. Nderim Nedzipiylə Emin İmaməliyev dizində bir qədər ağrı hiss etsə, də makedoniyalı bu gün komanda ilə məşqə çıxacaq. Eminin isə sağalması üçün 2 günə ehtiyacı var.

Qeyd edək ki, “Qarabağ” hazırlığı Suraxanı qəsəbə stadionunda keçəcək.