İspaniya çempionatının startı yubanacaq
17.08.2011 - 15:59
İspaniya çempionatının startı yubanacaq
İspaniya çempionatında yeni mövsümün startı yubanacaq. Apasport.az saytının məlumatına görə, Primeronun ilk 2 turu qeyri-müəyyən müddətə təxirə salınıb.

Buna Peşəkar Futbol Liqası ilə İspaniya Futbolçularının Assosiasiyası arasında fikir ayrılığının yaranması səbəb olub. Tərəflər hələ də qarşılıqlı anlaşma əldə edə bilməyiblər.

Hər 2 qurum cümə günü yenidən vəziyyəti müzakirə etməyi planlaşdırırlar. Ancaq hələ ki futbolçuların tətili davam edir. Onlar məvaciblərin zəmanət fondunun yaradılmağını tələb edirlər. Fonda hər il 10 milyon avro köçürüləcək və bu, klubların futbolçulara borcunun olacağı halda istifadə ediləcək. Qarşı tərəf isə bu təklifi qəbul etmir.

Qeyd edək ki, dünyanın ən maraqlı çempionatlarından sayılan İspaniya Primerosunda ilk turun oyunlarının bu həftəsonu keçirilməyi planlaşdırılırdı.