Komanda yoldaşı Vaqif Cavadova ad qoydu
17.08.2011 - 17:06
Komanda yoldaşı Vaqif Cavadova ad qoydu
“Komandamız 2014-cü il dünya çempionatının seçmə mərhələsində maraqlı qrupa düşüb”. Apasport.az saytının məlumatına görə, bunu İsrail yığmasının futbolçusu Dani Bondarv deyib.

Dani millimizin hücumçusu Vaqif Cavadovla birgə “Volqa”nın (Rusiya) şərəfini qorusa da, onlar bir-birinə rəqib olacaqlar. Belə ki, İsrail və Azərbaycan yığmaları DÇ-2014-ün seçmə mərhələsində bir qrupa düşüblər.

Bonrdarvın sözlərinə görə, karyeralarını davam etdirdikləri ölkənin millisinə rəqib olmaları diqqət çəkir: “Əlbəttə, bu, çox maraqlıdır. Birinci, Rusiyaya qarşı oynamaq. Axı bu ölkənin çempionatında oynayıram. İkincisi, Vaqif Cavadova qarşı forma geyinmək maraqlıdır. Çünki mənim komanda yoldaşımdır. “Volqa”ya Rusiya yığmasının futbolçusu da gəlsəydi, əla, tam komplekt olardı. Bu zaman daha maraqlı alınardı – 3 futbolçu 3 komandada, hamısı da bir qrupda!”

Futbolçumuzu özünəməxsus şəkildə qısaca “Vaqi” kimi çağıran Dani qrupumuzdakı şansları dəyərləndirib. O, millimizi autsayderlər sırasında görür: “Final mərhələsinə şansımız var. Fikrimcə, həlledici oyunlarımız Rusiya ilə olacaq. Hesab edirəm ki, Rusiya və biz 2-ci yer uğrunda mübarizə aparacağıq. Ola bilər ki, bir də Şimali İrlandiya bu mübarizəyə qoşulsun. Hər halda, Portuqaliya qrupda 1-ci yeri tutacaq, biz isə 2-ci yer uğrunda mübarizə aparacağıq”.