“Xəzər Lənkəran”dan daha 2 transfer
17.08.2011 - 17:29
“Xəzər Lənkəran” növbəti transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi bu gün 2 gənc futbolçu – Zahid Quliyev və Habil Nurəhmədovla münasibətlərini rəsmiləşdirib. Ötən mövsümü “Abşeron” klubunun heyətində keçirən oyunçular cənub təmsilçisi ilə 2,5 illik müqavilələrə imza atıb.
“Abşeron”dan öncə MOİK-də çıxış etmiş 20 yaşlı Quliyev əsasən mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 21 yaşlılardan ibarət yığmamızın üzvüdür. Karyerasına Qusar “Şahdağ”ında başlayan Nurəhmədovun isə 19 yaşı var. Sağ cinah yarımmüdafiəçisi olan Habil 19 yaşlılardan ibarət yığmamızda da çıxış edir.

0
0