Aslan Kərimovdan imtina qərarı
17.08.2011 - 23:05
Aslan Kərimovdan imtina qərarı
“Sumqayıt Şəhər” kubunun məşqçisi Aslan Kərimov Almaniyaya yollanmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, gənc məşqçi bu sahədə təcrübə qazanmaq imkanına malik olub.
Belə ki, AFFA U-15 yığmasında da məşqçi kimi çalışan Aslan Kərimovun Almaniyada 1 həftəlik kurs keçməsi üçün zəmin formalaşdırıb. Amma Aslan Kərimov bundan istiadə etməyib.

38 yaşlı mütəxəssis saytımıza açıqlamasında imtinanın səbəbləri barədə danışıb: "AFFA-nın belə təkliflə çıxış etməsi məni sevindirdi. Amma təlim-məşq toplanışlarının sıxlığına görə, bundan imtina etdim. “Sumqayıt Şəhər”lə yanaşı, yaxın gələcəkdə U-15 yığmasının da təlim-məşq toplanışları var. Bu hazırlaqlarda iştirak etməklə bərabər, Almaniya yollanmaq mənə sərf etmirdi. Odur ki, belə fürsətləri gələcəkdə dəyərləndirməyi düşündüm"

Qeyd edək ki, Aslan Kərimov “Sumqayıt Şəhər” və U-15 Azərbaycan yığmasında köməkçi məşqçi vəzifəsində çalışır.