“Qalatasaray” yunanlarla bacarmadı
18.08.2011 - 00:01
“Qalatasaray” yunanlarla bacarmadı
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qalatasaray” yoldaşlıq görüşünə çıxıb. Apasport.az saytının xəbərinə görə, “Cim Bom” Yunanıstanda “Olimpiakos” klubu ilə qarşılaşıb.

“Georgios Karaiskakis” stadionunda baş tutan oyunun taleyini bir qol həll edib. Meydan sahibləri 1-ci dəqiqədə Miralasın vurduğu qolla qələbə qazanıb – 1:0.