Messi Raulun da rekordunu qırdı
18.08.2011 - 09:09
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi növbəti rekorduna imza atıb. 24 yaşlı hücumçu İspaniya Superkubokunda vurulan qolların sayına görə yeni rekordçu olub.
Apasport.az saytının məlumatına görə, Messi “Real”la cavab oyununda (3:2) etdiyi dublla həm komandasında titul qazandırıb, həm də öz şəxsi göstəricilərini yaxşılaşdırıb. Belə ki, o, “Real”ın əfsanəvi kapitanı Raul Qonsalesin rekordunu yeniləyib.
Ötən yaydan “Şalke”də oynayan 34 yaşlı ispan hücumçu bunadək 7 qolla İspaniya Superkubokunun bombardiri idi. Artıq hesabında 8 qol olan Lionel Raulu da qabaqlaya bildi.
Qeyd edək ki, “Barselona” tarixində 10-cu dəfə ölkə kubokunu qazanıb.

0
0