Mourinyo Qvardiolanın köməkçisinin gözünə zərbə vurdu
18.08.2011 - 09:21
Mourinyo Qvardiolanın köməkçisinin gözünə zərbə vurdu

Madrid “Real”ın baş məşqçisi Joze Mourinyo qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, 48 yaşlı portuqaliyalı mütəxəssis “Barselona” ilə İspaniya Superkubokunun “Nou Kamp” stadionundakı cavab oyununun sonunda meydanda düşən qarışıqlıqda fəal iştirak edib.

Əzəli rəqibdən aldığı növbəti məğlubiyyətdən sarsılan Mourinyo “Barsa”nın baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Titi Vilanovaya yaxınlaşaraq, onun gözünə zərbə vurub.

Qeyd edək ki, “Barsa”nın 3:2 hesablı qələbəsi ilə nəticələnən son “El Klassiko”da 9 sarı, 3 qırmızı vərəqə göstərilib. “Real”ın braziliyalı müdafiəçisi Marselonun 90+4-cü dəqiqədə Sesk Fabreqasa qarşı aşkar kobudluğuna görə qırmızı vərəqə almasına komanda yoldaşları etiraz edib və bundan sonra ara qarışıb.