“Beşiktaş” Almeydanı da satdı
18.08.2011 - 09:33
“Beşiktaş” Almeydanı da satdı
“Beşiktaş” portuqaliyalı futbolçu Uqo Almeydanı satıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya milli komandasının hücumçusu karyerasını vətənində davam etdirəcək.

“Ağ-qaralar”ın qışda transfer etdikləri Almeyda “Benfika”ya transfer olunub. Onun keçidi 12 milyon avroya rəsmiləşsə də, bu puldan “Beşiktaş”ın büdcəsinə 6 milyon avro gələcək. Digər 6 milyon avronun kimə çatacağı açıqlanmır.

Qeyd edək ki, Almeydadan öncə türkiyəli Nihat Kahveçi, braziliyalılar Marsio Nobre ilə Babo da “Beşiktaş”ı tərk edib.