Aleksandr Starkov: Futbolçu uğursuzluqdan ağlayıb-sızlamamalıdır
18.08.2011 - 09:58
“Qəbələdə keçirdiyimiz ilk qarşılaşmada oyunumuz pis alınmadı. Nəticə də qənaətbəxşdir. Çünki səfərdə kifayət qədər güclü rəqibə qarşı oynayırdıq. Futbolçularımız özlərini mübariz tərəfdən göstərdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Aleksandr Starkov deyib.
Latviyalı mütəxəssis Premyer Liqanın ilk 2 turunda yetirmələrinin çıxışına münasibət bildirib. O, klubun rəsmi saytına verdiyi açıqlamada deyib ki, qol vura bilməməklərində əsas problem yeni futbolçuların bir-birlərini lazımınca başa düşməmələridir: “İkinci oyunumuza gəlincə, qol vura bilmədik. Hücum xəttimizdə yer alan futbolçular yaxşı oyunçulardır. Gürünür, onlar öz aralarında tam əlaqə yarada bilməyiblər. Eyni zamanda da orta sahədə oynayan futbolçularla tam dil tapa bilməyiblər. İki futbolçumuzun zədələnməsi, qeyd edim ki, onlar hər ikisi yarımmüdafiə xəttində yer alır, özünü göstərdi. Elvin Məmmədov və Fabio Luis Ramimin yoxluğu hiss olundu”.
Starkovun sözlərinə görə, II turda “Simurq” qarşılaşmada Marius Verpakovski qaydalar çərçivəsində fərqlənsə də, hakim bunu qeydə almayıb: “Hücumlarımızın kəsəri az idi. Marius Verpakovski bir epizodda qol vursa da, bu qeydə alınmadı. Ancaq sonradan gördük ki, qol qaydalar çərçivəsində vurulmuşdu. Digər tərəfdən 11 metrlik cərimə zərbəsindən yararlana bilmədik. Şansımız yarandı, ancaq bu qələbə üçün yetərli olmadı. Futbolçular səy göstərirdilər, bununla bərabər çatışmayan cəhətlər də var idi. Obyektivlik naminə deyim ki, ilk oyunlar milli komandadan qayıdan futbolçular üçün xüsusən ağır keçir. Milli komandalara futbolçu verən klublar üçün bu amil çətinlik yaradır. Bizim də bəxtimizə ikinci oyun düşdü”.
Məşqçi bildirib ki, hazırda əhval-ruhiyyələri yerində olmasa da, komanda bu çətinliyi aradan qaldıracaq: “Əhval-ruhiyyə, təbii ki, yerində deyil. Bu gün əsas məsələ komandanın üzvləri, məşqçilər, klub rəhbərlərinin birliyidir. Belə çətin anlarda həmrəyliyimizi ifadə etməliyik. Bunun nəticəsində uğurlar gələcək. Komandamızda yeni oyunçular var. Onların hər biri dəyişik hisslərə malikdirlər. Qələbə və məğlubiyyəti fərqli şəkildə yaşayırlar. Klubların büdcələri fərqli olsa da, oyuna hazırlıq səviyyəsi eyni dərəcədə ciddi aparılır. Bəzən görürsünüz ki, gənclər komandası belə “diş göstərir”. Zəif rəqib yoxdur. Bu açıq-aydın görünür”.
Starkov bildirib ki, standard vəziyyətlərin icrası hazırlıq dövründə, məşqlərdə xüsusi yer alır: “Əgər oyunda cərimə zərbəsi və ya penalti vurulursa, bunun icraçıları əvvəldən təyin olunur. Bizim komandada 11 metrlik cərimə zərbələrini ən yaxşı vuran 2-3 futbolçu var ki, “Simurq”la oyunda onlardan yalnız biri meydanda idi. Bu səbəbdən də zərbəni Denis İvanov vurdu. Bu mənim təlimatıma əsasən baş verib. İvanov uğurlu olmadı, futbolda belə şeylər olur. Mənim üçün maraqlısı komandanın münasibəti idi. Olduqca vacib olanı futbolçuların bunu anlamaları və komanda yoldaşlarına dəstək vermələridir. Futbolçu insandır, o, səhvə yol verə bilər”.
O növbəti turda səfərdə görüşəcəyi “İnter”i güclü və təcrübəli komanda kimi dəyərləndirib. Starkov avqustun 20-də “Şəfa” stadionunda keçirəcəkləri bu oyuna böyük önəm verdiklərini bildirib: “Hazırlığımızı ən yüksək səviyyədə aparırıq. Rəqibi öyrənirik, “İnter” barədə kifayət qədər məlumatımız var. Onların oyunçularını tanıyırıq və bu işləri davam etdiririk. Ümid edirəm ki, heyəti daha da gücləndirəcəyik. Yeni futbolçuların gəlişi gözlənilir. Bu barədə fikir mübadiləsi aparılıb və qərar verilib. Yeni futbolçularımızın faydalı olacağına inanıram. Futbolçu qələbədən sonra eyforiyaya düşməməlidir, yaxud da uğursuzluqdan ağlayıb-sızlamamalıdır. Futbolçular və məşqçilər öz məsuliyyətlərini dərk etməlidirlər. Biz böyük hədəfləri olan iddialı bir klubun nümayəndələriyik. Bunu hamı dərk etməlidir”.

0
0