Dmitri Kruqlov paradoksal hadisənin iştirakçısı olacaq
18.08.2011 - 10:09
Dmitri Kruqlov paradoksal hadisənin iştirakçısı olacaq
Bu gün “Rostov” klubu yeni futbolçularını təqdim edəcək. Apasport.az saytının məlumatına görə, onlar arasında son 3,5 ili Azərbaycanda Premyer Liqasında keçirən Estoniya milli komandasının futbolçusu Dmitri Kruqlov da var. “Neftçi” və “İnter”də oynamış 27 yaşlı legioner karyerasını yenidən Rusiya Premyer Liqasında davam etdirməyə qərar verdi.

Bakı vaxtilə saat 18:00-da Rostovda “Olimpi-2” stadionunda keçiriləcək təqdimat mərasimində klubun prezidenti Sergey Qorban, baş direktor Yuri Belous, baş məşqçi Sergey Balaxnin də iştirak edəcək. Tədbirdən sonra azarkeşlərin hər biri kumrilərindən avtoqraf ala, yaxud onunla şəkil çəkdirə bilər.

Burada paradoksal hal odur ki, Kruqlov artıq “Rostov”un heyətində 2 oyun keçirib. Dmitri debütündə “Volqa” ilə görüşərək, onun şərəfini qoruyan milli komandamızın hücumçusu Vaqif Cavadova rəqib olub. Adətən futbolçular təqdim olunandan sonra meydana çıxsa da, Kruqlovun komandası bunu əksinə etməyi üstün tutub.