“Həkimlər 1 ay sonra məşqlərə başlaya biləcəyimi deyib” - FOTO
19.08.2011 - 17:33
"Neftçi"nin futbolçusu Ruslan Qurbanov Vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlılardan ibarət yığmamızın da üzvü olan hücumçu Almaniyada uğurla əməliyyat olunub. Ruslan klubunun rəsmi saytına açıqlamasında vəziyyəti və meydana qayıtması haqda fikirlərini bildirib: "Almaniyanın Frankfurt şəhərində əməliyyat olundum. Əməliyyat uğurlu alındı. Mənə göstərilən diqqət və qayğıya görə "Neftçi”nin prezidenti Sadıq Sadıqova və AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hazırda özümü yaxşı hiss edirəm. Artıq 2-3 gündən sonra əsasız gəzə biləcəyəm. Həkimlərin dediyinə görə, 1 aydan sonra məşqlərə başlaya bilərəm. Bu müddətdə isə bərpa keçəcəm”.
Qeyd edək ki, Qurbanov yığmamızın heyətində Estoniyanın U-21-ə avqustun 9-da Tallində 3:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündən dizindən ciddi zədə alıb.
Qeyd edək ki, Qurbanov yığmamızın heyətində Estoniyanın U-21-ə avqustun 9-da Tallində 3:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündən dizindən ciddi zədə alıb.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0