Toni Adams: Mahir Şükürovun qovulmağı planlarımızı pozdu
19.08.2011 - 18:44
“Oyunun maraqlı alındığını düşünürəm. AZAL-la tam heyətlə oynamaq istəsək də, bu, bizə nəsib olmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Toni Adams deyib. Premyer Liqamızın açılış turunda AZAL-la ev oyununda 1:1 hesablı bərabərliyə qalan qəbələlilər 79 dəqiqə azlıqdan oynamalı olub. Bu da komandanın kapitanı Mahir Şükürovun rəqibə başla zərbəsi vurması nəticəsində birbaşa qırmızı vərəqə almağı bağlı olub.
Adamsın sözlərinə görə, Mahirin meydandan çıxarılmağı planlarını pozub: “Biz oyuna bir taktiki sxemlə çıxsaq da, kapitanımız qovulmağından sonra bunu dəyişməli olduq. Kapitanını artıq oyunun əvvəlində itirmək çətindir. Hər halda, bu gün biz uduzmadıq, hesabı bərabərləşdirərək, 1 xal qazana bildi. Futbolçularıma mübarizəni sona kimi davam etdirdiklərinə görə təşəkkür edirəm”.

0
0