Yığmamız qapını bərk vurdu - YENİLƏNİB
27.08.2011 - 16:43
Azərbaycan milli komandası (U-17) Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız V yer uğrunda görüşdə Qazaxıstanla qarşılaşıb.
Qrup mərhələsindəki 3 oyunda 5 qol vuran Təbriz Həsənovun yetirmələri bu dəfə 1 oyunda 4 dəfə fərqlənib. 4 cavabsız qolla qalib gələn yığmamız turniri 5-ci yerdə bitirib. Yığmamız Namiq Ələsgərov və Ramin Şirinovun dublu sayəsində buna nail olub.
Qeyd edək ki, yığmamız bunadək Belarusa 3:1 hesabı ilə qalib gəlib, Gürcüstana 1:2 hesabı ilə uduzmuş, Latviya ilə “sülh” bağlamışdı - 1:1.
AZƏRBAYCAN - QAZAXISTAN - 4:0

0
0