AFFA-dan xeyirxah addım - FOTO
27.08.2011 - 13:45
AFFA-dan xeyirxah addım - FOTO
Müqəddəs Ramazan ayı ilə əlaqədar AFFA və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının növbəti birgə tədbiri keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə iştirak edən AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum və əqli cəhətdən zəif uşaqlar üçün 3 saylı uşaq evində olub. Əliyev burada tərbiyə alan uşaqlara Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın hədiyyələrini təqdim edib.

Mənbə: affa.az