Yığmamız 1 addım irəli
27.08.2011 - 17:34
Yığmamız 1 addım irəli
Azərbaycan milli komandası (U-17) Litvada keçirilən ənənəvi beynəlxalq turnirdə irəliləyişə nail olub. Apasport.az saytının məlumatına görə, Palanqadakı turniri 5-ci pillədə tamamlayan Təbriz Həsənovun yetirmələri ötən ilki nəticələrini yaxşılaşdırıb. Həmin vaxt da indi olduğu kimi qrup üçüncüsü olub 5-ci yer uğrunda matçda çıxan yığmamız vətənə məğlubiyyətlə qayıtmışdı. Moldova komandamızı böyük hesabla yenərək (3:0) futbolçularımızı 6-cı yerə göndərmişdi. Bu dəfə isə bizimkilər böyük hesabla Qazaxıstanı məğlub etdi – 4:0.

Qeyd edək ki, son 2 ildə qrup üçüncüsü olaraq 5-ci yer uğrunda finala çıxan komandamız ondan əvvəlki 2 cəhddə daha yaxşı oynamışdı. Millimiz 2 dəfə qrup birincisi olsa da həlledici matçda kuboku əldən vermişdi. Hər 2 halda komandamızı finala alman mütəxəssislər çıxarıb: 2008-ci ildə Bernard Lippert, növbəti il Oliver Pelzer. Yerli məşqçilər – müvafiq olaraq Adil Şükürov və Təbriz Həsənovla isə bu mümkün olmayıb.

2008-ci il – II yer
2009-cu il – II yer
2010-cu il – VI yer
2011-ci il – V yer