Toni Adams hakimlikdən gileyləndi
27.08.2011 - 19:27
“Meydança çox pis vəziyyətdə idi. Bu vəziyyət topla yaxşı rəftar edən komandalara oynamaq imkanı vermir. Hər iki komanda çox güclüdür və yaxşı oyun göstərməyə çalışdı”. apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Qəbələ”nin baş məşqçisi Toni Adams deyib.
“Qarabağ”ın güclü komanda olduğunu söyləyən ingilis mütəxəssis Quzanlıda digər komandaları da çətin oyunlar gözlədiyini bildirib:
“Hesab edirəm ki, Quzanlıda bütün komandalar üçün xal götürmək çox çətin olacaq. Oyunun ədalətli nəticəsi 1:1 idi. “Qarabağ” ikinci hissədə daha yaxşı oynadı. Son 15 dəqiqədə isə təzyiqi daha da artırdı”.
Təcrübəli çalışdırıcı penalti epizodunda hakimin düzgün qərar verdiyini söyləsə də, son 15 dəqiqədəki idarəçilikdən narazı qalıb:
“Oyunun sonlarında hakimlərin qərarı ilə bağlı mübahisə doğuran məqamlar var idi. Düzdür, penalti epizodunda hakimin qərarı doğru idi. Həmin vaxt futbolçularımız etiraz etdilər. Ancaq onların etirazı penaltiyə yox, cərimə meydançasından kənarda olan qayda pozuntusuna idi”.
Adams sonda isə Doroşevsi oyunun əsl qəhrəmanı adlandırıb: “Doroşevsi həqiqətən də bu oyunun əsl qəhrəmanı hesab etmək olar. Qapıçımız 4-5 epizodda komandamızı real qoldan xilas etdi”

0
0