Millimizin tarixi qələbəsi affatv.az-da!
28.09.2011 - 09:52
Millimizin tarixi qələbəsi affatv.az-da!
AFFA-nın internet televiziyası olan www.affatv.az saytının bu gün nümayiş etdirəcəyi oyun məlum olub. Apasport.az-ın məlumatına görə, sayt rəhbərliyi azarkeşlərə yığmamızın tarixi qələbəsini xatırlatmaq qərarına gəlib.

Bu üzdən də sayt vasitəsilə millimizin seçmə mərhələlərdə qazandığı ilk qələbə nümayiş etdiriləcək. Bu gün saat 15:00-dan etibarən azarkeşlər Azərbaycan millisinin DÇ-98-in seçmə mərhələsi çərçivəsində 1996-cı il avqustun 31-də, Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığması ilə keçirdiyi oyunun videoyazısı izləyə biləcək.

Qeyd edək ki, Vidadi Rzayevin 1-ci hissədə vurduğu qolla yığmamız 1:0 hesabı ilə qalib gəlmişdi.