Avropada yeni rekord
29.09.2011 - 15:06
“Barselona” Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II turunda Belarusda BATE-sinin qapısına 5 cavabsız qol vuran Kataloniya təmsilçisi uğurlu seriyasını davam etdirir.
Belə ki, barselonalılar artıq 23 matçdır meydanı qolsuz tərk etmir. Xosep Qvardiolanın yetirmələri sonuncu dəfə 2009-cu il noyabrın 4-də ÇL oyununda qol vura bilməmişdi. Bu, Rusiya “Rubin”i ilə Kazandakı görüşdə qeydə alınmışdı – 0:0.
“Barselona”ya qədər yarışın rekordu “Bavariya”ya məxsus idi. Almaniyanın ən məşhur klubu 1998-2000-ci illərdə 22 görüşdə meydanı qolsuz tərk etməmişdi.
Qeyd edək ki, “Barselona” BATE ilə qarşılaşmada həm də özünün ÇL-dəki ən böyük hesablı qələbəsini qazanıb.

0
0