Bəd gün sindromunu qırmaq üçün
06.10.2011 - 13:50
Bəd gün sindromunu qırmaq üçün
Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 7-də keçiriləcək oyununda Avstriya ilə qarşılaşacaq Azərbaycan milli komandası üçün bu tarix uğursuzluqla bağlıdır. Apasport.az saytının məlumatına görə, yığmamız indiyədək 3 dəfə oktyabrın 7-də meydana çıxıb. Millinin bu tarixdə həmişə uduzması bir yana, heç qol da vura bilməyib.

1996. Oman – 0:2 (s) YO
2001. İsveç – 0:3 (s) DÇSO
2006. Portuqaliya – 0:3 (s) AÇSO

Avstriya yığması isə oktyabrın 7-dəki 5 görüşdə heç-heçə etməyib. Onlar 3 dəfə qalib gəlib və 2 dəfə uduzub.

1917. Macarıstan - 1:2 (s) YO
1928. Macarıstan – 5:1 (e) YO
1934. Macarıstan – 1:3 (s) YO
1970. Fransa – 1:0 (e) YO
2000. Lixtenşteyn – 1:0 (s) DÇSO