“Neftçi”nin məşqçisi Avropa klublarının düşərgəsində olacaq
06.10.2011 - 13:43
“Neftçi” rəhbərliyi uşaq futbolunun inkişafı ilə bağlı növbəti layihəsini gerçəkləşdirir. Apasport.az-ın klubun rəsmi saytına məlumatına görə, bununla bağlı "Neftçi"nin məşqçisi Mehmet Ak oktyabrın 6-dan 13-dək Türkiyənin İstanbul və Ankara şəhərində keçiriləcək seminara qatılacaq. Daha sonra türkiyəli məşqçi klub prezidenti Sadıq Sadıqovun göstərişi ilə oktyabrın 13-dən Avropaya səfər edəcək. Orada Avstriyanın "Rapid", "Zalsburq", İsveçrənin "Bazel" və Hollandiyanın "Utrext" klublarının düşərgəsində olacaq və bu ölkələrin uşaq-gənclər futbolunun inkişafı ilə yaxından tanış olacaq. Ak bu səfərin nəticəsi olaraq, hazırlıq proqramları və təkliflərini hazırlayıb, klub rəhbərliyinə təqdim edəcək.
0
0