“Azərbaycan millisi layiqli rəqibdir”
06.10.2011 - 14:00
Azərbaycan milli komandasının (U-21) ötən ilin yazında Şotlandiya ilə səfər heç-heçəsinə (2:2) nail olması Böyük Britaniyada hələ də unudulmayıb. Apasport.az saytının məlumatına görə, “Hibernian” klubunun futbolçusu Devid Uoterspun iştirakçısı olduğu ilyarım əvvəlki görüşü yaxşı xatırlayır.
21 yaşlı müdafiəçi futbolda hər şeyin mümkünlüyünə nümunə kimi millimizi göstərir: “Yadımdadır ki, biz Bakıya gedib Azərbaycan yığmasını 4:0 hesabı ilə məğlub etdik. Sonra biz Şotlandiyada oynadıq, rəqibimiz də elə yaxşı oynadı ki, matç heç-heçə bitdi. 2:2 hesablı nəticə ilə Azərbaycan millisi göstərdi ki, layiqli rəqibdir. Bu da onu göstərir ki, futbolda hər şey ola bilər”.

0
0